<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qadir Allah, budur Səndən diləyim,
 Seçdiyin övladlarını Sən Özün qoru.
 İstəmirəm dünyanın heç bir izzətin,
 Səndə olan xoşbəxtliyi istərəm.

[C1]
   Mənim Rəbbim, Allahım,
   Qadir, rəhmli Tanrım.
   Özünü qurban etdin,
   İnsanlığı xilas etdin.

[V2]
 Sən bizə Atasan, biz Sənə övlad,
 Deyirsən saleh olun, etməyin günah.
 Məsihi etdin Sən bizə Padşah,
 Padşahlığının tez gəlməsini istərəm.

[V3]
 Biz Məsihdə, Məsih bizdə yaşayır,
 Tövbə edəni Rəbb bağışlayır.
 Xalqın Səni izzətlə alqışlayır,
 Səndən yalnız xeyir - duanı istərəm.</lyrics>
<title>Qadir Allah, budur Səndən diləyim İL473</title>
<hymn_number>473</hymn_number>
</song>